Uşaqlar film çəkər, ustalar izləyər

Uşaqlar film çəkər, ustalar izləyər

28 Aprel 2011 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Pop musiqinin iki siması olan Mahsun Kırmızıgülün və Özcan Dənizin rejissorluqda rəqib olmasına Əmrahdan şərh gəldi: "İllər keçsə də, mənim filmlərim hələ də maraqla izlənir. Onlar mənim rəqibim deyillər. Mənim kino sektoruna israf etdiyim əməyimi, əziyyətimi hər kəs bilir". Bir tərəfdən aktyor kimi fəaliyyətini davam etdirən Əmrah digər tərəfdən albom işlərini tamamlayıb. Müğənninin yeni albomu yaxın günlərdə rəflərdə yerini alacaq.

Onu da xatırladaq ki, Mahsun Kırmızıgül 3 filmə, Özcan Deniz isə "Ya sonra" adlı filmə imzasını atıb.


İki qoçun başı bir qazanda qaynamasa da, dadı ləzzətli olur. Necə ki, müğənnilərin yeni filmləri rekord tamaşaçı kütləsi toplaya bildi.


Günel Həbib


O.M.