“Manaf “yuxarıdakı” adamlarına arxayın idi, amma onlar da “zadnıya” atdılar, çünki...”

“Manaf “yuxarıdakı” adamlarına arxayın idi, amma onlar da “zadnıya” atdılar, çünki...”

5 Mart 2022 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

“Manaf azadlığa çıxıb lap yaxşı. Maşını cərimə meydançasında idi, görən onu da veriblər. Manafın maşının qiyməti yarım milyondur, adi müğənnidir, onda bu boyda pul hardandır? İndi deyəcəksiniz ki, toylara gedir, qazanır. İki ildi toy yoxdur, toyda qazandığın pulla yarım milyonluq maşın almaq olar? Bahalı maşın sürməsi ona problem olacaq, başını ağrıdacaq. Çünki o, “yuxarıdakı” adamlarına, tanışlarına arxayın olub, amma görürsən ki, onlar da “zadnıya” atdılar”

Oxuməni.az xəbər verir ki, bunumüğənni Əli Mirəliyev Moderator.az-a açıqlamasında deyib. Ə.Mirəliyev bir daha müğənni Manaf Ağayevin Füzuliyə qanunsuz səfərindən danışıb:

“Mən də “Mercedes” markalı maşın sürürəm, amma aşağı təbəqədə olandan. Nə dediyimi bilirəm. Əlli ildir ki, toya gedirəm, amma bahalı maşın sürə bilmirəm. Sovet vaxtı toylara gedirdim, onda “inomarka” yox idi axı, “jiquli” sürürdüm. Bütün bunlar Manafın öz günahıdır. Gərək başından böyük hərəkət etməyəydi. Füzuliyə gizlin getmisən, hörmət ediblər. Daha bunu niyə çəkib, paylaşırsan. İnsan bilməlidir ki, mən kiməm, nəçiyəm. Mənə də polislərimiz hörmət edir, bundan istifadə etməliyəm? Qətiyyən yox. Həmçinin də Manaf. Sən müğənnisən, başqa işlərlə məşğul olursan bu sənin öz işindir. Onda adama sual verərlər ki, iki il yarımdır toylar yoxdur, sən yarım milyonluq maşını hansı pulla almısan? Onda da deyəcək ki, maşını çoxdan almışam. Bəs çoxdan hansı pulla almısan? Sənə toyda əlli min veriblər, yox. Sənə 500-1000 manat pul veriblər. Deməli sən başqa işlə məşğul olmusan, söhbəti qurdalayacaqlar. Mən təxminən belə fikirləşirəm”.

Qeyd edək ki, müğənni Manaf Ağayev bu gün İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsindən azadlığa buraxılıb. Onu da bildirək ki, M.Ağayev və iş adamı Sənan Hüseynov işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyi üçün fevral ayının 18-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilmişdi.

M.Ağayevin "Mercedes Maybach" markalı bahalı avtomobili var. Elə Füzuliyə də həmin avtomobillə getmişdi. O, həbs edildikdən sonra avtomobili də cərimə meydançasına yerləşdirilmişdi.