Zabit Nəbizadəni toya çağırmadılar: “Ola bilsin ki, yaddan çıxmışam

Zabit Nəbizadəni toya çağırmadılar: “Ola bilsin ki, yaddan çıxmışam

13 Fevral 2022 13:27
Bəyəndim (0) Bəyənmədim (0)

"Çağırmayıb, getməmişdim. Allah xoşbəxt eləsin, mən hər toyda olmalı deyildim ki".

Oxuməni.az xəbər verir ki, bunu xanəndə Zabit Nəbizadə deyib.

O əlavə edib: "Alim müəllimin tələbəsi olmuşam, eyni rayondanıq. Toy elə bir şeydir ki, hər gün gördüyün adamı belə unudursan, bir də toydan sonra ayılırsan ki, vay dədə, mən filankəsi toya çağırmamışam. Ola bilsin ki, qəlbində olmuşam, amma yaddan çıxmışam. Toyda adam nəyisə unuda bilir. Burada mən nə Alim müəllimə haqq qazandırıram, nə də özümə. Unudula bilərəm, pandemiya elə vəziyyət yaradıb ki, doğrudan da unudula bilərəm. Mən belə düşünürəm. Bir də qarşıda gör nə qədər nəvələri var, ümid edək ki, onların toyuna çağıracaq. Çağırsa da sağ olsun, çağırmasa da".

Zabit Nəbizadə deyir ki, toya dəvət edilməməsi qətiyyən ona pis təsir etməyib:

"Övladlarının toyunda iştirak etmişəm. eç kəsə icazə verməyib ki, toya pul salınsın. Nəvəsinin ad günü, kiçik toyunda iştirak etmişəm. Fikirləşdim ki, yəqin belə məsləhətdir, qismət deyil ki, mən orda iştirak etməmişəm".

Qeyd edək ki, fevralın 2-də Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə "Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinovun oğlu Ümidin toy mərasimi keçirilib.

Xatırladaq ki, Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. "Qaynarinfo"