Eurovision iştirakçılarımız Ermənistana da gedə bilər

Eurovision iştirakçılarımız Ermənistana da gedə bilər

26 Aprel 2011 18:10
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanı "Eurovision-2011" Mahnı Müsabiqəsində təmsil edən Eldar Qasımov və Nigar Camal "Komsomolskaya Pravda" qəzetinin suallarını cavablandırarkən Ermənistanda çıxış etməyə hazır olduqlarını bildiriblər. Bu barədə onlar ukraynalı jurnalistin ""Eurovision-2011" Ermənistanda keçirilsəydi, ora gedərdinizmi" sualına cavab verərkən deyiblər. "Biz həmişə bütün ölkələrdən olan dəvətləri gözləyirik. Musiqi və incəsənət milli məsələ deyil. Biz hər yerdə keçirilən konsertlərdə iştirak etməyə şad olardıq", - deyə Eldar və Nigar vurğulayıblar.


Qeyd edək ki, Ermənistanı bu ilki müsabiqədə müğənni Emmi təmsil edir. N. Camal və E. Qasımov dueti mayın 10-da keçiriləcək I yarımfinalda Albaniya, Finlandiya, Macarıstan, Litva, İsveçrə, Norveç, Gürcüstan, Türkiyə, Malta, Xorvatiya, San-Marino, Serbiya, Rusiya, İslandiya, Yunanıstan, Portuqaliya, Polşa və Ermənistan iştirakçıları ilə mübarizə aparacaq.

Mayın 12-də II yarımfinal İsrail, Makedoniya, Danimarka, Belarus, Niderland, Bolqarıstan, Latviya, Bosniya və Herseqovina, Ukrayna, Kipr, Estoniya, Rumıniya, Avstriya, Sloveniya, İsveç, Moldova, Belçika, İrlandiya və Slovakiya iştirakçılarının iştirakı ilə baş tutacaq. İki gün sonra - mayın 14-də final keçiriləcək. Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya isə mayın 14-də keçiriləcək final mərhələsində birbaşa çıxış edəcəklər.


Eurovision çərçivəsində musiqi və incəsənət milli məsələ olmasaydı, yarış iştirakçıları ölkələri təmsil etməzdilər. Məncə, bu ilki çıxışçılarımız pərəstişkarların könlündə artıq ən aşağı yerə layiq görüldülər...


Günel Həbib


O.M.