Ağalar Bayramovla Elcan Rəsulov arasındakı "parodiya qalmaqalı" böyüyür: "Tamaşaçılar sizin bir obrazınızı belə tanımır"

Ağalar Bayramovla Elcan Rəsulov arasındakı "parodiya qalmaqalı" böyüyür: "Tamaşaçılar sizin bir obrazınızı belə tanımır"

15 Dekabr 2021 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar artist, qiraətçi Ağalar Bayramovla aktyor Elcan Rəsulov arasında yaranmış "parodiya qalmaqalı" səngimək bilmir.

Oxuməni.az xəbər verir ki, Elcan Rəsulov parodiya etdiyi üçün ona qarşı sərt ifadələr işlədən Əməkdar artist Ağalar Bayramova sosial şəbəkə üzərindən cavab ünvanlayıb. O, qeyd edib ki, əslində 2 il Əməkdar artisti parodiya edib:

"Və səhv etmirəmsə siz də buna etiraz etməmişdiniz. Dəqiq xatırlamıram, məncə sizin oğlunuz bu barədə yazmışdı mənə. Hər halda neqativ fikir olsaydı təkrarlamağa çalışmazdım. Gələk sizin "alınmadı" dediyiniz verilişə. Bəli orada alınmadı. Nə parodiya, nə musiqi, nə də məndən sonra Zakir Əliyevin ifası. "Nəyə gülür özü də bilmir" dediyiniz Dilarə xanım da gördü mənim oradakı etirazlarımı. Elə canlı efir gedə-gedə. Hər halda alınmasa belə sizdən heç vaxt heç nə yazmayan saytların belə adınızın qələmə almasına yardımçı oldum.

İndi gələk mənim sənətim və aktyorluq fəaliyyətimə. Hələ camaatın məni tanımadığı vaxtlarda siz artıq məni yaxşı tanıyırdınız. Hələ 2003-2004 illərində. Sizin də müəllimi olduğunuz "Səhnə danışığı" kafedrasından mənə siz hələ təzə "Əməkdar artist" adı alanda artıq çoxdan "Xalq artisti" adını almış Laləzar Mustafayeva dərs deyirdi. Hətta 2 ya 3- cü dərsdən sonra mənə demişdi ki, sənə səhnə danışığını öyrətməyə ehtiyac yoxdur. Sən artıq bunu mükəmməl bilirsən. Hələ digər sənət və səhnə müəllimlərindən danışmıram ki, təvazökarlıqdan uzaq çıxar. İndi də keçid edək mənim aktyorluğuma. Oynadığım obrazlara. Sizdən yaşda 2 dəfə balaca olsam da, hər halda mənim artıq iki obrazım tamaşaçıların yadında uğurlu obraz kimi qalıb. Hətta bəzən məni obrazlarımın adı ilə çağırırlar. Baxmayaraq ki, o tamaşaçılar sizin bir obrazınızı belə tanımırlar, nəinki adını bilələr. Mən yeni premyerası olmuş "5 BETƏR" filmimdə baş rolda oynamışam. Ağalar müəllim. Vallah yayın istisində çox böyük əziyyətlə işləmişik. Eybi yox, mən sizin yerinizə işləyim, siz bizim yerimizə utanın Ağalar müəllim".

Xatırladaq ki, bir neçə gün öncə ARB-də yayımlanan Zaur Kamalın aparıcısı olduğu "Həmin Zaur" verilişində qonaq olan aktyor Elcan Rəsulov Əməkdar artist Ağalar Bayramovu parodiya etmişdi. Ağalar Bayramov aktyorun onu parodiya etməsinə sərt reaksiya verərək, onu "düşüklüyün pik həddi" adlandırıb. Həmçinin verilişdə parodiyaya gülümsəyən Dilarə Əliyevanı da sərt tənqid edərək, "Utanım yerinizə... "ifadəsini işlədib.Musavat.com