"Adını Feriha koydum"dan ayrıldı, görək, yeni serialı "tutacaq"?

"Adını Feriha koydum"dan ayrıldı, görək, yeni serialı "tutacaq"?

10 İyul 2012 00:35
Bəyəndim (0) Bəyənmədim (0)

"Med Yapım" şirkəti yeni - "Klinik" serialının çəkilişlərinə avqust ayında start verəcək. Daha öncə "Doktorlar"la seyirçiləri salamlayan şirkətin bu layihəsi "tutmuşdu". İndi heyətlə birgə izləyiciləri də maraqlandıran bir sual var: görəsən, bu dəfə də alınacaqmı? Onu da qeyd edək ki, yeni serialda "Adını Feriha koydum"la hafizələrə həkk olunan Vahide Gördüm və eyni serialda Levent müəllim xarakterinə can verən Barış Kılıç da iştirak edəcək. Serialın "Fox" tv-də yayımlanması gözlənilir.

Günel Həbib

O.M.