Aktyor Azərbaycan filmində oynayacaq

Aktyor Azərbaycan filmində oynayacaq

10 İyul 2012 00:06
Bəyəndim (0) Bəyənmədim (0)
Metedən sonrakı rolu isə xanın oğlu Mahmud olacaq

"Öyle bir geçer zaman ki"nin Metesi - Aras Bulut İynemli bu rolundan sonra Azərbaycan filmində görünəcək. Əldə etdiyimiz isti xəbərə görə, aktyor Azərbaycan-Türkiyənin ortaq işi olan "Mahmud və Məryəm" filmində aktyorluğunu nümayiş etdirəcək. Gənc aktyor həmyerlimiz yazıçı, eyni zamanda da siyasətçi Elçin Əfəndiyevin "Mahmud və Məryəm" romanı əsasında çəkiləcək film üçün müqaviləyə imzasını atıb. İynemli XVII yüz illikdən bəhs edəcək olan filmdə xanın oğlu Mahmudu canlandıracaq. Filmin rejissor stulunda isə Mehmet Ada Öztekin əyləşəcək. Onu da xatırladaq ki, Aras filmdəki rolu üçün indidən at minmə və qılınc oynatma dərsləri alır.

Günel Həbib

O.M.