Natavan Həbibiyə fanatlarından möhtəşəm hədiyyə

Natavan Həbibiyə fanatlarından möhtəşəm hədiyyə

9 İyul 2012 13:54
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənninin fanatları Natavanı çox təəccübləndiriblər. Bu dəfə onlar Natavan Həbibi üçün mahnı bəstələyib, klip çəkdiriblər. Milli.Az xəbər verir ki, fanatların bəstələdiyi mahnı "NataFans - NataOne" adlanır. Mahnının müəllifləri Natella Əliyeva və Kamran Nurməmmədov adlı şəxslər olsa da, bu sürpriz müğənniyə Fan səhifəsinin oxucuları tərəfindən təqdim olunub.

Müğənnin mətbuat katibinin Milli.Az-a verdiyi məlumata görə, bu, N.Həbibi üçün hazırlanan birinci sürpriz deyil. Fanatlar hər zaman sevdikləri müğənnini sevindirməyə çalışıblar.
Müğənni isə rəsmi Fan səhifəsində fanatlarına ayrıca təşəkkürünü bildirib: "Bugünkü hədiyyə, həqiqətən, mənə sürpriz oldu. Bunu təşkil edənlərə çox sağolumu bildirirəm, eləcə də bütün məni sevən səhifədəki üzvlərə. Sizinlə fəxr edirəm və dərin təşəkkürümü bildirirəm. Var olun, yaxşı ki varsız", - deyə müğənni qeyd edib.
Maraqlı olacağını nəzərə alıb "NataFans - NataOne" adlı mahnını sizə təqdim edirik:

O.M.