“Guya kiminsə ailəsini dağıtmışam...“ - Zülfiyyə qəzəbləndi – Video

“Guya kiminsə ailəsini dağıtmışam...“ - Zülfiyyə qəzəbləndi – Video

7 Dekabr 2021 11:45
538
Bəyəndim (0) Bəyənmədim (0)

“Anonsu elə efirə vermişdilər ki, guya mən bir ailə dağıtmışam! Aparıcıya zəng edib, iradımı bildirdim!”

Oxuməni.az xəbər verir ki, bu sözləri moderator.az-a açıqlamasında aşıq Zülfiyyə İbadova deyib.

O, ATV kanalında aparıcı Zaur Nəbioğlunun təqdimatında yayımlanan "Bir dəqiqə" verilişindən də danışıb. Aşıq bildirib ki, həmin verilişdə iştirak etməklə çox böyük səhv edib:

"Mən bu verilişə nifrət etdim. Aparıcı sözarası məndən soruşdu ki, ay Zülfiyyə xanım, məktəb illərində sizi istəyən olub? Dedim ki, hə, olub. Sonra dedi ki, olar o oğlanla görüşəsiz? Dedim ki, həmin oğlan artıq həyatda yoxdur, eşitmişəm ki, müəmmalı şəkildə ölüb.

Bunu anonsda elə düz-qoş etdilər, belə çıxdı ki, oğlan özünü mənə görə öldürüb. Guya bir ailə dağıtmışam! Aparıcıya zəng edib, iradımı bildirdim! Dedim ki, ayıbdır! Zərrə-zərrə qazandığım hörməti itirməyimi istəyirsiniz? Başa düşənlər təbii ki, başa düşür, amma başa düşməyən tamaşaçılar da var ki, verilişə baxmır, anonsu izləyib səhv nəticə çıxarır.

Bu veriliş sənət adamına ləkə yaxmaqdan başqa bir işə yaramır! Məni bir də o verilişə çağırsa abırını ətəyinə bükərəm! O ki qaldı ağlamağıma, anamın və şəhid analarının görüntülərini efirə vermişdilər".

Sözügedən anonsu təqdim edirik: