Faiq Ağayevin istəyi "İstəyirəm"ə çevrildi

Faiq Ağayevin istəyi "İstəyirəm"ə çevrildi

7 İyul 2012 17:03
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artisti yeni mahnısını tamaşaçıların ixtiyarına buraxdı

Azərbaycanın xalq artisti Faiq Ağayev bu isti yay aylarında belə dincəlmək fikrində deyil, deyəsən. Bu, müğənninin yenicə ərsəyə gətirdiyi mahnıdan bəllidir. Belə ki, F.A. sözləri Ülviyyə Alovluya, musiqisi isə Emin Kərimiyə aid olan "İstəyirəm" mahnısını artıq tamaşaçılarının ixtiyarına buraxıb. Uzun müddətdir ki, mahnı üzərində işləyən xalq artisti Facebook sosial şəbəkəsi vasitəsilə, "Yes! "İstəyirəm!" hazırdır. Xeyirli olsun, İnşallah!" - deyə sevincini paylaşmağı da unutmayıb.

O, istədiyinə nail oldu. Həmkarlarından həmişəki kimi fərqləndi. İstirahət həzzini ərsəyə gətirdiyi mahnılarından aldı. Budur, əsl xalq artisti! Uğurlar!

Könül Aypara