“Atam anama xəyanət edib. Gülü isə...“ - Rəmişin qızı danışdı – Video

“Atam anama xəyanət edib. Gülü isə...“ - Rəmişin qızı danışdı – Video

29 Noyabr 2021 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) qızı haqqında deyilən ev iddialarına cavab verib.

Oxuməni.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Elgizlə İzlə” proqramına qatlan Rasimə Gülüdən heç nə istəmədiyini bildirib:

"Gülü ilə heç vaxt pis münasibətimiz olmayıb. O, birdən-birə bizimlə pisləşdi, nə ev, nə pul istəmişik, nə də atam aliment verib, çünki anam imtina edib. Qüruruma toxunub, Gülşən xanım (Gülü) dedi ki, bizə ev verib və mən satmışam, kirayədə qalıram. Kirayədə qalmıram, öz evimdir, şəhərin mərkəzindədir. Sənədləri də var. Anam bizi elə tərbiyə edib ki, kiməsə təzyiq göstərməyək. Rəmiş Moskvadan bizə şirniyyat, qolbaq göndərib. Deyir, “hər ay 300 dollar göndərmişəm”. Olubsa, çeklər hər yerdə çıxa bilər. O biri bacımın övladı avtoqəzada rəhmətə gedib. Uşaq komada yatdı, atam isə bir dəfə ona baş çəkmədi”.

O, valideynlərinin xəyanətə görə boşandığını bildirib:

"Anamın ata-anası sayılıb, seçilən ailə olub. Bizim pula ehtiyacımız olmayıb, sürücümüz də olub. Hər yerə gedib-gəlməyə qoymayıblar. Ona görə də atamın ikinci nikahdan olan oğlunu görməmişik. Atam anama ikinci xanımı ilə xəyanət edib. Gülü isə üçüncü olub".

Həmin görüntüləri təqdim edirik: