Almaz Ələsgərli ikinci dəfə ərə getməsindən danışdı - “O mənə aiddir“ + Video

Almaz Ələsgərli ikinci dəfə ərə getməsindən danışdı - “O mənə aiddir“ + Video

18 Noyabr 2021 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar artist Almaz Ələsəgərova ikinci dəfə ailə qurub.

Oxuməni.az xəbər verir ki, sənətçi bu barədə ARB telekanalında yayımlanan “Onun Sirri” proqramında qonaq olarkən danışıb.

O, yenidən ərə getməsi faktını gizlətməsə də, bu barədə ətraflı danışmaq istəmədiyini deyib:

"Bu haqda danışmaq, ailə haqda açıqlama vermək istəmirəm. Məndən heç nə soruşmayın. Heç kimə də açıqlama vermək niyyətində deyiləm. Bu məsələ mənə aiddir, istəmirəm. Uşaqlarımdan danışdım. Amma özümdən danışmaq istəmirəm. Heç kim həyatımı sorğulaya bilməz, heç kim danışmasın. Uşaqlarım haqqında soruşsanız, cavab verərəm, amma öz şəxsi həyatım barədə yox".

Həmin görüntüləri təqdim edirik: