Elnarə Abdullayeva: Kasıb adamam, başımı güc-bəla ilə dolandırıram...

Elnarə Abdullayeva: Kasıb adamam, başımı güc-bəla ilə dolandırıram...

15 Noyabr 06:11
137
Bəyəndim (0) Bəyənmədim (0)

“Moskvada konsert verib gəldim, o qədər yorğunam ki, yenidən heç bir layihəyə başlamaq istəmirəm. Mən Moskvada toya getmişdim, sonradan qərara gəldik ki, qələbə konserti verək. Bütün təşkilati işləri Sərxan Kərəmoğlu həll etmişdi. Bu günlərdə də Sərxanın doğum günü idi, yenidən Moskvaya getmişdim. Mənim üçün o qədər təşkilati işlər görüb, ora getməyi özümə borc bildim. Bir söz var, əl əli yuyar, əl də üzü. Bəziləri deyir ki, şou-biznesdə dostluq yoxdur. Vallah biz dost oluruq, qohum olmuruq. Salam-sağ ol!”

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elnarə Abdullayeva deyib. Moskvaya gedən müğənni həmkarı Rəqsanə İsmayılova ilə münasibətlərindən də danışıb.

“Bir ara Rəqsanə ilə məşğul oldum, bir-birimizə kömək edirdik. Təxminən 15-16 il əvvəl. Qəşəng səsi var, əməlli-başlı muğam oxuyurdu. O məni müəlliməsi kimi qeyd edib, çox sağ olsun. Amma özümə müəllimə deməzdim. Rəqsanə yaxşı xanımdır, yoldaşıq, dostuq. İnsanıq da bir-birimizə yardım etməliyik. Ümumiyyətlə hamını çox istəyirəm, hamıya da hörmətlə yanaşıram. Bəzən müğənnilər həmkarının övladının toyundan küsüb gedirlər. Vallah bu mənə gülməli gəlir. Gəlmisən, otur çörəyini ye, pulunu yazdır çıx get də. Mikrofon bütün günü onsuz da əlinizdədir də, mütləq həmkarının toyunda da oxumalısan?! Mənə belə şeylər çatmır. Getmişəm sənət dostumun övladının toyunda oxuyub gəlmişəm, mikrofon üstündə dava salmamışam. Məclisə gedəndə xahiş edirəm ki, mənə söz verməyin, kim inciyirsə sözü ona verin. Mən istirahət etməyə gəlmişəm, oxumağa yox. Həmişə yük çiynimizdə olmalıdır ki?” deyə sənətçi bildirib.

Sənətçi onun mal-mülkünü sayanlara da cavab verib.

“Deyirlər ki, villa tikdirib, kənddə gözəl ev-eşiyi, avtomobilləri var. Nə olacaq ki? Desinlər də. Kasıb adamam, başımı güc-bəla ilə dolandırıram. Mənim pullarım ancaq konsertlərə gedir, villalara, maşınlara yox. Sənətçi haqda çox söz deyərlər. Deyilənlərin hamısı mütləq düz çıxmalıdır ki?” deyə Elnarə Abdullayeva deyib.

“Həmkarınız Mətanət İsgəndərlinin gəlini Canana ilə aralarında böyük qalmaqal yaşanır, müğənni nəvələrini gəlininin əlindən alıb. Bu haqda nə danışa bilərsiniz? sualına isə müğənni belə cavab verib.

“Bu haqda sözün düzü sizdən eşidirəm, çünki sosial şəbəkələri izləmirəm. Fərqi nədir? Uşaq harada yaşayır yaşasın da, bircə uşaq ölməsin. Hamı ana olmur ki?! İşin içində olmadığım üçün bu haqda çox danışmaq istəmirəm. Bu dəqiqə Şamaxıda ata evindəyəm. Mən kənd adamıyam, qoyun-malla məşğul olan biriyəm. Siz mənə toyuqdan-cücədən sual verin ki, neçə dənədir?” deyə əməkdar artist bildirib.