“Dubayda, Moskvada bir, Türkiyədə 3 evim var...“ - Afaq Gəncəli

“Dubayda, Moskvada bir, Türkiyədə 3 evim var...“ - Afaq Gəncəli

25 Oktyabr 14:27
404
Bəyəndim (0) Bəyənmədim (0)

Aparıcı Afaq Gəncəli haqqında yayılan şayiələrdən danışıb.

Oxuməni.az xəbər verir ki, "Sənətdən kənar" verilişində qonaq olan teleaparıcı həyatı barədə maraqlı açıqlamalar verib:

“10-16 il əvvəlki halla indiki arasında yerlə-göy qədər fərq var. Məni indi ancaq orkestrlə konsert verən ifaçı təəccübləndirə bilər. Bərkimişəm, amma sevmirəm desinlər "kişi kimi qadındır". Mənə hər şey mərhələ-mərhələ gəldi. Özümü toparlaya-toparlaya gücləndim".

O, bir müddət əvvəl haqqında yayılan evalma xəbərinin səhv olduğunu bildirib:

"Deyirlər ki, guya, Dubayda, Moskvada bir, Türkiyədə 3 evim var. Bakıda da mağazalarım, 3-4 maşınım var, hansısa şirkətin vitse-prezidentiyəm. Dedim, Allah bunu deyənin ağzından eşitsin. Belə şeyləri sevirəm".