Məşhur yarışmada azərbaycanlılara əxlaqsız təklif edilib?

Məşhur yarışmada azərbaycanlılara əxlaqsız təklif edilib?

22 Oktyabr 2021 16:46
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə keçirilən "Best model of Turkey" yarışması və onun təşkilatçısı Erkan Özarman ətrafında yaşanan qalmaqal yerli şou-biznesdən də yan keçməyib.

Oxuməni.az xəbər verir ki, bu il baş tutan yarışmanın iştirakçıları Erkanın onlara seksual təkliflər etdiyini açıqlayaraq müzakirələrin əsasını qoyub.

"Best Smile" seçilən Elmas Yıldız qalibin müsabiqədən əvvəl təyin olunduğunu iddia edib.

Onun iddiasına əsasən, müsabiqənin qurucusu Erkan Özerman özünü masaj etdirir və qalib elə seçilir.
Onun sözlərini digər iştirakçılar da təsdiq edib. Bu gün isə sözügedən iddialarla bağlı prodüser-aparıcı Tarix Əliyev (Tolik) qalmaqallı fikirlər səsləndirib. O, sosial şəbəkədə paylaşım edərək bildirib ki, Erkanın Bakıda keçirilən yarışmalarına qatılan azərbaycanlı iştirakçılara da əxlaqsız təkliflər olunub:
"Bunları 10 ildən çoxdur bilirəm. Bizdən gedənlərin çoxu bu təklifə "yox" deməyib, birinci olublar”.

Qeyd edək ki, müsabiqənin builki qalibləri Oğulşat Qaqşalova və Bartu Dilmendir.