Kamilə Babayeva “Yahşi Cazibə” serialına çəkilməkdən niyə imtina etdi?

Kamilə Babayeva “Yahşi Cazibə” serialına çəkilməkdən niyə imtina etdi?

3 İyul 2012 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Türk kinematoqrafçılarının çəkdikləri və son bölümü tərəddüd yaradan "Yaxşı Cazibə" serialından vaxtilə bizim məşhur teleaparıcı, "Aramızda qalsın" serialının baş oyunçularından olan Kamilə Babayevaya dəvət gəlmişdi.

Lakin yaradıcı heyətlə onun fikirləri üst-üstə düşmədiyindən aktrisa təklifi dəyərləndirməyib. Ümumiyyətlə, Kamilə xanımın Türkiyədə çalışmaq şansı çox olub və elə indi də var. Yaradıcılığının bir neçə ili Türkiyə telekanalının payına düşən K. Babayeva qardaş ölkədə yenidən uzun müddətə qayıda bilməməsinin səbəblərindən Milli.Az-a danışıb:
"Türkiyədə çalışıramsa, oranın mühitinə alışmalıyam. Dostlarla ünsiyyət, tədbirlərə qatılmaq vacibdir. Əgər beyninin bir hissəsində ölkəni düşünüb, tez-tez yola çıxmaq məcburiyyətində qalırsansa, işdən danışmaq mümkünsüzdür. Əgər oturuşsam, yeni bir layihə ilə çıxış edə bilərəm. Burada oturub, Türkiyə üçün plan qurmaq isə absurddur".
Kamilə xanım iş həyatına nə qədər bağlı bir xanım olsa da, Vətəndən uzaqda yaşamağın bir o qədər iztirablı olduğunu etiraf edir:
"Vallah, Türkiyədə olarkən burnumun ucu göynəyirdi Bakım üçün. Vətənimə qayıdanda, təyyarə yerə tam eniş etməmiş az qala özümü bayıra atmaq istəyirəm ki, tez çatım".
Kamilə xanım yayın istirahətini dadmaqla yanaşı, çoxdan hazırladığı və müəyyən səbəblərdən ərsəyə gəlməyən telelayihəsinin bu ilin sonuna kimi mütləq baş tutacağından da danışdı.
"Son aylar toy hazırlıqları efir hazırlığını ləngitdi. İndi bu barədə düşünürəm və efirə tam hazıram. Amma istənilən təklifi dəyərləndirmək üçün yox, daxilən özümü görmək istədiyim bir layihədə olmaq istəyirəm. Aradabir köhnə lent yazılarını izləyirəm. Baxıram ki, filan illərdə canlı efirdə necə gəldi danışıram. Yəni indi buna boş söz yığını kimi baxıram. Artıq təcrübə artıb, daha sanballı, məni tamaşaçı ilə ekrana ürəkdən bağlaya biləcək bir proqramın daşıyıcısı olmaq istəyirəm. Payızda bu baş verməsə, gələn ilin yanvarına artıq buna tam şəkildə nail ola biləcəm", - deyə teleaparıcı bildirdi.

O.M.