Roza Zərgərli magistr oldu

Roza Zərgərli magistr oldu

3 İyul 2012 13:03
1 516
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni gələcəyini rejissor sənəti ilə bağladı

Oxumaq müğənninin peşəsidir. Lakin yaxşı oxumaq sənətkarlara məxsus olan qabiliyyətdir. Nə qədər qəribə səslənsə də, bu dəfə söhbət mahnı ifasından deyil, mütaliədən gedir. Bəli, müğənni nə qədər çox mütaliə edərsə, öz savadını və dünyagörüşünü artırarsa, sənət zirvələrini daha asan fəth edə bilər. İmicində, ifasında, ümumən səhnə performansında gözlənilməz dəyişiklərə üstünlük verən Roza Zərgərli də öz üzərində çalışan müğənnilərdən sayılır.

Oxumeni.az-ın xəbərinə görə, Roza Zərgərli bu il Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor sənətinin tarixi və nəzəriyyəsi" ixtisası üzrə magistr pilləsinə qəbul olub. Göründüyü kimi, müğənni gələcək həyatını incəsənətlə bağlasa da, sənətin fərqli sahəsinə üstünlük verib. Daha doğrusu, onun məqsədi rejissor olmaqdır.

Nəzərə alsaq ki, həyat da bir teatrdır və teatr mütləq qarderobdan başlayır, bu seçimin uğurlu olduğunu görə bilərik. Odur ki, gənc müğənnini qazandığı uğur münasibətilə təbrik edirik!

Şəlalə Nəriman

O.M.