“Emmanuel” filminin ehtiraslı qəhrəmanı insult keçirdi

“Emmanuel” filminin ehtiraslı qəhrəmanı insult keçirdi

2 İyul 2012 18:59
Bəyəndim (0) Bəyənmədim (0)
59 yaşlı məşhur aktrisa boğaz və qaraciyər xərçəngindən də əziyyət çəkirdi

Orta və yaşlı nəslin yaxşı tanıdığı və sevdiyi cazibədar Emmanuel ölüm-dirim savaşı verir. Tanınmış Niderland aktrisası, 1974-cü ildə çəkilmiş məşhur "Emmanuel" filminin baş qəhrəmanı Silviya Kristel insult diaqnozu ilə Amsterdam xəstəxanasına yerləşdirilib. 59 yaşlı aktrisanın meneceri Genrietta Xuqenbuzemin AFP-yə verdiyi məlumatda bildirilir ki, hər zaman cazibədar formada olan Silviya Kristel son vaxtlar xeyli dəyişib. O, qaraciyər xərçəngindən müalicə aldığı halda qəflətən insult keçirib. "Biz gələcəkdə nə olacağını bilmirik. Olduqca həyəcanlıyıq", – deyən menecer ehtiraslı aktrisanın boğaz xərçəngindən uğurla müalicə olunduğunu qeyd edib.

Bu dünyada heç nə bədi deyil, nə ehtiras, nə sağlamlıq, nə də həyatın özü...

Mayıl İsmayılov

O.M.