“Adını Feriha koydum” un Zəhrası tamaşaçılardan üzr istədi

“Adını Feriha koydum” un Zəhrası tamaşaçılardan üzr istədi

2 İyul 2012 12:18
Bəyəndim (0) Bəyənmədim (0)
"Adını Feriha Koydum" serialının mövsüm finalında rol alması gözlənilən, ancaq seriala dönməyən Vahidə Gördüm tamaşaçılardan üzr istədi: "ssenaridəki bir vəziyyətdən ötəri istəmədim, tamaşaçılardan üzr istəyirəm."

"Vahidə Gördüm, ötən il tutulduğu döş xərçənginə qarşı apardığı mübarizədə qalib gəldi, əvvəlki sağlamlığına qovuşdu. Müalicə zamanı tökülən saçları yenidən çıxmağa başlayan məşhur aktrisa, ötən gün həyat yoldaşı Altan Gördüm ilə birlikdə Arnavutköydəki bir balıqçıda nahar etdi. Sarı saçları ilə diqqət çəkən Vahidə Gördüm, mətbuat mənsublarına "Maşallah çox yaxşıyam, eynilə ötən günlərdəki kimi" dedi.

Xəstəliyinə görə ayrıldığı "Adını Feriha Koydum" serialının mövsüm finalında iştirak etməsi gözlənilən Vahidə Gördümün kamera qarşına çıxmamağının səbəbini isə belə açıqladı: "Əslində tamaşaçılara söz vermişdim, amma son bölümə girə bilmədim. Ssenaridəki bir vəziyyətdən ötəri bunu istəmədim. Fatih Aksoydan xahiş etdim, o da sağ olsun xahişimi yerə salmadı. Buna görə tamaşaçılardan da üzr istəyirəm. "

" Adını Feriha Koydum "un prodüseri Fatih Aksoy da Gördümün yeni mövsümdə " Private Practice " adlı serial istehsalçı şirkətinə məxsus layihədə rol alacağını açıqladı.

Günay Səfərli

O.M.