Oqtay Qaynarca evləndi

Oqtay Qaynarca evləndi

2 İyul 2012 12:03
Bəyəndim (1) Bəyənmədim (0)
Türkiyənin məşhur aktyoru Oqtay Qaynarca Mələk Angun ilə dünən axşam Kilyos Solar Beachda evləndi.

47 yaşlı aktyor 31 yaşlı sevgilisi ilə nikah masasına oturdu. Qaynarcanın toy üçün təşkilat şirkətinə 250 min türk lirəsi ödədiyi bildirilib. Güclü külək xaricdən gətirilmiş tropik və bambuk ağaclarından istifadə olunan toy mərasimində nəhəng akvariumun qurulmasına mane oldu. Şişli Bələdiyyə başçısı Mustafa Sarıgül tərəfindən qıyılan nikahda cütlüyün nikah şahidləri Beşiktaş klub başçısı Fikrət Orman, Selçuk Yöntem, Əhməd Alevli, Tarık Ünlüoğlu və Əli Gündoğdu oldu. 200 qonağın qatıldığı toyda məşhur müğənnilər Elif Karlı və Kenan Doğulu çıxış etdi.

Günay Səfərli

O.M.