Tolik müğənnilərdən pul alır? - “Eşitmişəm 200 manatlıqlar yığır...” - Video

Tolik müğənnilərdən pul alır? - “Eşitmişəm 200 manatlıqlar yığır...” - Video

28 İyul 2021 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) aparıcı olduğu dövrlərdə müğənnilərdən pul alması barədə danışıb.

Oxuməni.az xəbər verir ki, MTV telekanalında yayımlanan “Ziq-Zaq” proqramının qonağı olan prodüser ifaçılardan efirə çıxması üçün pul almadığını deyib:

“Elçin Hüseynov verilişimə gəlmişdi. Proqramdan sonra girdi otağıma 200 dollar hədiyyə etdi. Mən də çəkib qoydum İnstaqrama. Ona görə etdim ki, sabah verilişdə onu müzakirə etsəm, yazmasın, axı biz dostuq”.

O, müğənnilərdən hədiyyə qəbul etsə də pul götürmədiyini qeyd edib:

“Vəfa Şərifova isə bir dəfə 3 ədəd 200 manatlıq gətirib. Prodüser Dilbər gəldi ki, Vəfa deyir, eşitmişəm Tolik 200 manatlıqlar yığır, verin ona. Müğənnidən pul almaram, amma hədiyyə götürərəm. Müğənnidən pul alanda, dilin onun yanında qısa olur. Verilişi o idarə edir”.

Həmin görüntüləri təqdim edirik: