Mətanət həbs xəbərindən danışdı: “Bir qazi məni şantaj edir“

Mətanət həbs xəbərindən danışdı: “Bir qazi məni şantaj edir“

28 İyul 15:47
1 720
Bəyəndim (0) Bəyənmədim (0)

“Məni şantaj edirlər. Bilirəm bu işin arxasında kim dayanır”.

Oxuməni.az xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında tanınmış müğənni Mətanət Əsədova insan alverinə görə həbs edilməsi xəbərinə münasibət bildirərkən deyib.

Müğənni onun barəsində şayiələr yayanın bloger olduğunu bildirib:

“Bu yaxınlarda bir nəfər qazi adı ilə zəng edib məni toya çağırdı, getmədim. Həmin adam blogerdir. Mənə dedilər ki, səsini də yazırıq. Bu adamlar məni şantaj edirlər, barəmdə belə çirkin şayiələr yayırlar. Artıq polisə müraciət etmişəm”.

Yazılan iddialara görə o, evində bir neçə qadını pul qarşılığında məcburi iş adamlarına satırmış.