Məşhur aparıcı: “Faiq Ağayevin sözünə inanıb onunla ailə qurdum“

Məşhur aparıcı: “Faiq Ağayevin sözünə inanıb onunla ailə qurdum“

26 İyul 17:43
1 272
Bəyəndim (0) Bəyənmədim (0)

Aparıcı Zümrüd Bədəlova şəxsi həyatı ilə gündəmə gəlib.

Oxuməni.az xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan aparıcı keçmiş sevgilisi ilə baş tutmayan məhəbbətindən və onu ölümlə şantaj etməsindən danışıb:

"Sevdiyim oğlan qonşumuz idi. Onunla məktəb illərindən universiteti bitirənə qədər sevgili olduq. Daha sonra Rusiyaya getdi. Dedi, qayıdacam, evlənərik. Qayıdanda isə artıq pis vərdişləri var idi. Dəyişib başqa adam olmuşdu. Həm də əvvəlki qədər ona hisslərim yox idi. Həmin vaxt işləyirdim. Atası, anası məni qəbul etmədilər ki, o, aparıcıdır. Bununla belə sevgilim mənə deyirdi ki, mən qoymaram sən kiminsə olasan. Toyun olsa, mən o toya bomba qoyaram. Zəng edirdi bizə dəfələrlə... Ona görə də qorxaraq yaşayırdım. Hətta bəzən iş yoldaşlarım gətirib məni anama təhvil verirdilər. Qorxduğumdan tək gəzə bilmirdim".

Aparıcı keçmiş evliliyindən də danışıb. O, keçmiş həyat yoldaşı ilə ailə qurmasına Xalq artisti Faiq Ağayevin vəsilə olduğunu açıqlayıb:

"Yeni ulduz" yarışmasında aparıcı işlədiyim dövrlər idi. Bir gün studiyaya çoxlu güllər göndərdilər. Mənə zəng gəldi ki, Rusiyada bir ailə var, məndən yaman xoşu gəlir. Oğlan mənim üçün dəli-divanədir. Atası çox istəyir ki, mən onun gəlini olum. Sadəcə onun Rusiyada yaşamasına bir az narahat oldum və onunla evlənməyi artıq qurtuluş yolu gördüm.

Sonra fikirləşdim ki, guya sevdim də nə oldu. Tanımadığım adama deyim, gəlsinlər tanış olaq, o, məni əl üstündə saxlayar. 8 mart günü mənə elçi gəldilər. Baxdım ki, oğlan da yaraşıqlıdır. İşi-gücü yerində, normal, ali savadlıdır. Özü də məni sevir, qəbul edir. Mən ona öz həyatımı da danışdım. Onunla evliliyimə vəsilə olan şəxs Xalq artisti Faiq Ağayev idi. Faiq onlarla həm qohum, həm də ailə dostu idi.

Bir az da Faiq Ağayevin sözünə inanıb onunla ailə qurdum. Zəng vurdu, dedi ki, "Zuma, çox gözəl insandırlar". Düşünmədən dedim ki, Faiq, onlara de, gəlsinlər, tanış olaq. Bu gün mənim yanımda özüm boyda oğlum varsa, bunu Faiq Ağayevə borcluyam ki, vaxtında ailə həyatı qurmuşam. 6 ayın içində evləndik. Ailə həyatım 9 il çəkdi. Sonra ayrıldıq". (baku.ws)