Gözümü açdım ki, əl-ayağımı yatağa bağlayıblar... - Mətanət

Gözümü açdım ki, əl-ayağımı yatağa bağlayıblar... - Mətanət

25 İyul 2021 22:01
Bəyəndim (0) Bəyənmədim (0)

Sağ qalmağım bir möcüzə idi. Ciyərlərim 75 faiz şüşə olmuşdu. Yaxşı ki, o anda güzgüyə baxmamışam. Bütün gömgöy idim, ayaqüstə dura bilmirdim. Başına gələn bilir ki, nədir. Oğlum Kərim deyir ki, bilirsən nə gündə idin?

Oxuməni.az xəbər verir ki, bunu əməkdar artist Mətanət İsgəndərli "Zaurla Günaydın" proqramında deyib.

Rusiyada koronavirusa yoluxan müğənni xəstəxanada keçirdiyi çətin anlardan danışıb:

"19 gün reanimasiyada qaldım. Neçə gün yatmışam, heç nədən xəbərim olmayıb. Oyandım ki, əllərim, qollarım bağlı, dişim sınıb. Narkoz altında məni yatızdırırdılar. Yanımda gündə bir xəstə ölürdü"