Azərbaycanda koronavirus infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb

14 Mart 2021 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda koronavirus infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 240 960 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 945, bu günə qədər isə ümumilikdə 2 710 126 test icra olunub.