Koronavirusun dərmanını tapan məşhur türk alimləri: Uğur Şahin və Özlem Tureci

Koronavirusun dərmanını tapan məşhur türk alimləri: Uğur Şahin və Özlem Tureci

8 Mart 2021 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya, ABŞ, İsrail və bir sıra digər ölkələrdə əhalinin böyük əksəriyyəti BioNTech / Pfizer mRNA peyvəndi ilə koronavirusa qarşı peyvəndlənəcək .

Oxuməni.az-ın verdiyi xəbərə görə, peyvəndi "Bayontek" adlandırmaq daha doğru olmasına baxmayaraq onu çoxları "Pfizer" kimi adlandırırlar. BioNTech / Pfizer uğurunun təməlində yeni bir Alman biotexnoloji inkişaf firması ilə təcrübəli bir Amerika əczaçılıq nəhəngi arasında strateji bir ittifaq durur.

BioNTech firması 2008-ci ildə Almaniyanın Mainz şəhərində, Kölndəki Ford avtomobil zavodunda işləyən türk immiqrantının oğlu tibb professoru Uğur Şahinin və onun həyat yoldaşı Almaniyaya köçmüş türk həkiminin qızı Özlem Türeçinin başçılığı ilə quruldu. Özlem Türeçi xərçəng və digər ciddi xəstəliklər üçün fərdi immunoterapiya üzərində işləyən yeni bir şirkətin tibbi araşdırma direktoru oldu.

BioNTech-in baş ofisi, Almaniyanın Mainz şəhərində "Qızıl mədəndə" adlı tarixi bir küçədə yerləşir. 12 yanvar 2020-ci il tarixində, Lancet tibbi jurnalında Çinin Uxan şəhərində yeni bir virus haqqında bir məqalə oxuyan və bu virusun pandemiyaya gətirib çıxaraçağını anlayan Uğur Şahin dərhal on illərlə üzərində təcrübə aparılan RNT texnologiyaları əsasında yeni bir peyvənd yaratmağa başladı.

BioNTech 17 mart 2020-ci ildə Pfizer ilə strateji bir ittifaqa girdi . İki il əvvəl onlar birlikdə mRNA qrip peyvəndi hazırlamağa başlamışdılar. 1849-cu ildə Almaniyadan olan iki immiqrant tərəfindən qurulan və hazırda dünya əczaçılıq sahəsində üç liderdən biri olan New York korporasiyası Alman dərmanının altı ölkədə klinik sınaqlarını təşkil etdi .

2020-ci ilin dekabrında, klinik sınaqların üçüncü mərhələsi başa çatdıqdan sonra BioNTech və Pfizerin həm ABŞ-da, həm də Avropa Birliyində istifadəsi üçün təsdiqlənmiş COVID-19-a qarşı ilk peyvənd oldu. O vaxta qədər tərəflər arasında Avropa Birliyinin 200 milyon doza alınması barədə razılıq əldə edilmişdi. Daha sonra Avropa Birliyinin əlavə olaraq 100 milyon doza alınması barədə xahişinə Pfizer tərəfindən müsbət cavab verildi.

İki şirkətin iddialı hədəfi 2021-ci ildə vaksini 2 milyard doza miqdarında çıxarmaqdır. Pfizerin Amerikada üç fabriki ABŞ və Şimali Amerika bazarını, Belçikanın Puursdakı zavodu isə Avropanı və dünyanın qalan hissəsini vaksin ilə təmin etməlidir . Artıq yanvar ayında qlobal tələbatı ödəmək üçün vaksinin yetərli olmadığı aydın oldu.

Peyvənd yaradılmamışdan əvvəl BioNTech Almaniyada nisbətən kiçik istehsal sahələrinə sahib idi. İndi bunun üçün böyük bir müəssisə lazım idi. 17 sentyabr 2020-ci ildə şirkət İsveçrənin Novartis əczaçılıq konsernindən Marburqdakı bir zavodu satın aldı. Təcili yenidənqurma olunduqdan sonra 10 fevralda istismara verildi. Müəssissədə 2021-ci ilin birinci yarısı üçün planda 250 milyon doza, ildə isə 750 milyon doza istehsal edilməsi nəzərdə tutulur .

BioNTech / Pfizer peyvəndi mənfi 80 dərəcəyə qədər ultra-aşağı temperaturda olmalıdır. Buna görə nəqliyyat zamanı xüsusi termal qutular istifadə olunur. Hər birinin tərkibində üç qat qoyulmuş 23 kiloqram quru buz var. Bu on gün ərzində soyuqluq təmin edir. Hər biri GPS peyk sisteminə qoşulmuş termal sensorlarla təchiz olunmuşdur.

Heç bir ölkə dekabr və fevral aylarında İsrail kimi sürətlə əhalisini peyvənd etmədi və başqa heç kim BioNTech / Pfizer peyvəndinin effektivliyini bu qədər yaxından öyrənməmişdi. 21 fevralda İsrail Səhiyyə Nazirliyi ikinci peyvənddən iki həftə sonra xəstələnmə riskinin 95,8, xəstəxanaya yerləşdirilmək və ya ölmək təhdidinin 98,9 faiz azaldığını açıqladı.

Emin Axund