Azərbaycanda koronavirus infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb

3 Mart 2021 15:27
Bəyəndim (0) Bəyənmədim (1)

Azərbaycanda koronavirus infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutkada 5 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 235 333 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib. Hazırda 2 960 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 928, bu günə qədər isə ümumilikdə 2 618 808 test icra olunub.