Gələn həftənin əvvəlində Azərbaycanda vaksinasiyaya başlanılacaq

Gələn həftənin əvvəlində Azərbaycanda vaksinasiyaya başlanılacaq

15 Yanvar 2021 16:54
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

"Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq. Sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatım yoxdur", - deyə İ.Məmmədov bildirib.

Onun sözlərinə görə, həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb. İbrahim Məmmədov qeyd edib ki, bu məsələdə Türkiyə ilə əməkdaşlıq davam etdiriləcək: “Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi”.

Rüfət