Azərbaycanda son sutkada koronavirus infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb

13 Yanvar 2021 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 16 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2 957 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 743 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 052, bu günə qədər isə ümumilikdə 2 287 959 test icra olunub.

Oxuməni.az