“Koronavorusla mübarizədə vaksinə ümid bağlamaq olmaz”

“Koronavorusla mübarizədə vaksinə ümid bağlamaq olmaz”

2 Dekabr 2020 16:19
258
Bəyəndim (0) Bəyənmədim (0)

Bir ilə yaxındır davam edən pandemiya ilə bağlı bəzən eyni şeyləri təkrar etməkdən adam özü də utanır. Amma başqa çarəmiz yoxdur, çünki virusla ilk dəfədir ki, qarşılaşırıq. Bildiyimiz tək çarə maska, sosial məsafə və gigiyenik qaydalara riayət etməkdir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutun direktoru, professor Adil Allahverdiyev bildirib.

A.Allahverdiyev qeyd edib ki, virusun yaşadığı yer hüceyrələrdir:

"Həmin virusu öldürmək üçün mütləq hüceyrəmizi də məhv etməliyik. Dəfələrlə vaksinlə bağlı açıqlamalar verilir, amma nəticə yoxdur. Hazırda dünya ölkələrinin laboratoriyalarında sınaqdan keçən 11 vaksin var. Amma onlardan dövriyyəyə buraxılanı yoxdur. Onların hansı dərəcədə effektli olacağı da bəlli deyil. Amma vaksindən sonra insanların qanında meydana gələn antitellərin nə qədər yaşayacağı da bəlli deyil. Bu baxımdan vaksinə arxayınlaşırıqsa, vəziyyət daha da pisləşə bilər".

Həmid