Günün fotosu
Günün videosu
Şərhsiz
Azərbaycanda son sutkada 2239 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 2239 nəfər COVID-19-a yoluxub

18 Noyabr 15:23
179
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2239 yeni yoluxma faktı qeydə alınıb, 1217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 81397 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 58111 nəfər müalicə olunaraq sağalıb, 1030 nəfər vəfat edib, aktiv xəstə sayı 22256 nəfərdir.

Ölkədə son sutka ərzində 13134, hazırkı dövrədək isə 1549568 test aparılıb.

Oxuməni.az