Azərbaycanda koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb

13 Noyabr 2020 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb, 1015 nəfər müalicə olunaraq sağalıb.

Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 71 min 580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 53 min 1 nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib. Aktiv xəstə sayı 17652 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 489 min 382 test aparılıb. Bugünkü test sayı isə 9744-dür.

Oxuməni.az