Azərbaycanda daha 1 663 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 1 663 nəfər COVID-19-a yoluxub

8 Noyabr 2020 18:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 663 yeni yoluxma faktı qeydə alınıb, 859 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 65 411 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 48 908 nəfər müalicə olunaraq sağalıb, 840 nəfər vəfat edib, aktiv xəstə sayı 15 663 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 722, ötən müddət ərzində isə ümumilikdə 1 441 230 test aparılıb.

Oxuməni.az