Azərbaycanda daha 1 175 yoluxma faktı qeydə alınıb

Azərbaycanda daha 1 175 yoluxma faktı qeydə alınıb

1 Noyabr 2020 18:12
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 175 yeni yoluxma faktı qeydə alınıb, 614 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 56 444 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 44 157 nəfər müalicə olunaraq sağalıb, 740 nəfər vəfat edib, aktiv xəstə sayı 11 547 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 632, ötən müddət ərzində isə ümumilikdə 1 363 539 test aparılıb.

Oxuməni.az