Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev vəzifəsindən azad olunub
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev vəzifəsindən azad olunub.
Bu barədə Oxuməni.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Cəlal İsayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub. C.İsayevin yerinə isə Təyyar Eyvazov gətirilib.
Qeyd edək ki, T.Eyvazov Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır.
Oxuməni.az
Digər xəbərlər