Azərbaycanda son sutkada 117 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 117 nəfər COVID-19-a yoluxub

18 Sentyabr 2020 16:24
Bəyəndim (3) Bəyənmədim (0)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38 894 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1 898 nəfərdir.

Ölkədə son sutka ərzində 5 898, hazırkı dövrədək isə 1 041 184 test aparılıb.

Həmidə

Oxuməni.az