Dünyada 30 milyondan çox insan koronavirusa yoluxub

Dünyada 30 milyondan çox insan koronavirusa yoluxub

18 Sentyabr 2020 10:08
Bəyəndim (2) Bəyənmədim (0)

Dünyada 30 milyondan artıq adam koronavirusa yoluxub.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çon Hopkins Amerika Universitetinin saytında yayılan məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, hazırda dünyada koronavirusa yoluxmuş şəxslərin sayı 30 milyon nəfərdən artıqdır. Onlardan 943 min 203 nəfəri ölüb, 20 milyon 398 min 381 nəfər isə sağalıb. Ən çox yoluxma halları (6 664 021) ABŞ-da qeydə alınmışdır. Daha sonra Hindistan (5 118 253) və Braziliya (4 419 083) gəlir.

Rusiyada koronavirus ilə mübarizə üzrə Federal Əməliyyat Qərargahının məlumatına görə, 1 millyondan yuxarı insan COVİD-19-a yoluxub, 895 min 868 nəfər sağalıb, 19 061 nəfər ölüb.

Oxuməni.az