Rusiyada suda və qidada koronavirus aşkar edilib

Rusiyada suda və qidada koronavirus aşkar edilib

15 Sentyabr 12:37
376
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində federal nəzarət xidməti-Rospotrebnadzor ölkənin bölgələrində su və qidada koronavirusun olduğuna dair 46 fakt aşkar edib.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə sentyabrın 15-də Xidmətin rəhbəri Anna Popova mətbuata açıqlamasında bildirib.

Aşıqlamada deyilir ki, çərşənbə axşamı günü 84 regionda 5 529 koronavirusa yoluxma halları aşkar edilib. Onların əksəriyyəti su və qida vasitəsi ilə koronavirusa yoluxublar. Yeni xəstələrin əksəriyyəti Moskva (730), Sankt-Peterburq (206) və Rostov vilayətindədir (165). Pandemiyanın başlanğıcından bəri Rusiyada milyondan çox COVİD-19-a yoluxma halları qeydə alınıb

Oxuməni.az