Hindistan koronavirusdan ölənlərin sayına görə Britaniyanı keçib

Hindistan koronavirusdan ölənlərin sayına görə Britaniyanı keçib

13 Avqust 12:26
1 814
Bəyəndim (3) Bəyənmədim (0)

Hindistan yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayına görə Böyük Britaniyanı ötüb.

Oxuməni.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, ölkədə indiyədək infeksiyaya yoluxaraq ölənlərin sayı 47 033 nəfərə çatıb.

Son sutkada Hindistanda 66 999 yeni yoluxma halı qeydə alınıb, 942 nəfər ölüb.

Ölkədə indiyədək infeksiyaya yoluxanların ümumi sayı 2 milyonu ötüb.

Qeyd edək ki, Böyük Britaniyada indiyədək 46 791 nəfər koronavirusdan vəfat edib.

Oxuməni.az