Rusiyada son sutkada 5 159 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada 5 159 nəfər COVID-19-a yoluxub

4 Avqust 11:46
1 536
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada son sutka ərzində daha 5 159 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Oxuməni.az Operativ Qərargaha istinadən xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 861 423 nəfərə çatıb.

Son sutka ərzində 144 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 351 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 661 471 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

Oxuməni.az