COVİD-19-a qarşı dərman uğursuz oldu

COVİD-19-a qarşı dərman uğursuz oldu

29 İyul 2020 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrənin “Roç” (Roche) şirkəti COVİD-19-a qarşı hazırlanan “Covacta” dərmanının sınağının uğursuz keçdiyini açıqlayıb.

Oxuməni.az xəbər verir ki, şirkət mart ayından bəri 330 xəstə üzərində sınaq testlərinin aparıldığını bildirib.

“Ağır COVİD-19 və sətəlcəm diaqnozu qoyulan xəstələrə “Covacta” təsir etməyib. Bu dərmanın sınaq müddətində lazım olan nəticəni əldə etmədik. Bunu hazırlamaqda məqsədimiz COVİD-19-la bağlı ölümlərin qarşısını almaq idi”, - məlumatda vurğulanıb.

Oxuməni.az