Bakı küçələri koronavirusa qarşı dezinfeksiya edilir

Bakı küçələri koronavirusa qarşı dezinfeksiya edilir

4 İyul 2020 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Oxuməni.az xəbər verir ki, BŞİH-nin şəhər təsərrüfatı üzrə şöbə müdiri Ayaz Hüseynov bildirib ki, pandemiya dövründə koronavirusla mübarizə işləri çərçivəsində növbəti dəfə gücləndirilmiş geni miqyaslı dezinfeksiya işləri aparılır.

Onun sözlərinə görə, İcra hakimiyyəti tərəfindən dezinfeksiya işlərinə 2 min nəfərə yaxın əməkdaş, 40 ədə texnika və əlavə olaraq Daxili İşlər Nazirliyi tərəfindən 20 ədəd texnika cəlb olunub.

Bu gün 450-dən çox küçə və prospektlərin dezinfeksiya olunması planlaşdırılır.

Oxuməni.az