Çin alimləri koronavirusa qarşı peyvənd hazırlayıblar

Çin alimləri koronavirusa qarşı peyvənd hazırlayıblar

30 May 2020 19:06
Bəyəndim (0) Bəyənmədim (0)

Çin alimləri koronavirusa qarşı peyvənd hazırlayıblar.

Oxuməni.az xəbər verir ki, peyvənd hazırda klinik sınaqların ikinci mərhələsindədir və mindən çox insan könüllü olaraq sınaqlarda iştirak edib. Peyvəndin hazırlanmasında iştirak edən alim Luo Bayşan vaksinin 99 faiz uğurlu olacağına əmin olduqlarını deyib.

Peyvənd ilk olaraq meymunlar üzərində sınanılıb. 8 meymuna 2 fərqli koronavirus peyvəndi tətbiq olunub. Təxminən 3 həftə sonra meymunları koronavirusa səbəb olan SARS-COVID-2 virusuna yoluxdurmağa çalışsalar da, heyvanların heç biri infeksiyaya yoluxmayıb.

"Sinavok" şirkəti vaksinin insanlar üzərində 3 mərhələdə aparılacağını bildirib. Şirkət sözügedən peyvəndlə bağlı bəzi Avropa ölkələri ilə təmasda olduqlarını bəyan edib.

Qeyd edək ki, Ağ ev rəsmiləri koronavirusa qarşı peyvəndin ilk olaraq ABŞ-da hazırlanacağını bəyan etmişdilər. Amma farmokologiya sahəsində sürətlə irəliləyən Pekin bir daha bəyan etdi ki, bu sahədə heç bir dövlər onlarla rəqabər aparmaq gücündə deyil.

Oxuməni.az