Azərbaycanda son günlər koronavirusa yoluxanlar danışdı-Video

Azərbaycanda son günlər koronavirusa yoluxanlar danışdı-Video

9 May 14:46
2 947
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Televiziyası (AzTV) növbəti dəfə koronavirusa yoluxmuş şəxslərin olduğu xəstəxanalardan birindən reportaj hazırlayıb.

Xəstəxananın həkimləri Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxma hallarının artdığını bildiriblər. Süjetdən görünür ki, bir neçə gün əvvəl eyni xəstəxanadan hazırlanmış reportajda boş olan çarpayılarda artıq koronavirus xəstələri yatırlar.
TƏBİB-in müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov bildirib ki, xəstə axını xəstəxananın qəbul imkanlarını aşarsa, kimin yaşayıb, kimin öləcəyi barədə qərar vermək məcburiyyətində qalacaqlar.

COVID-19-dan sağalmış Almaz Ağayeva isə deyib ki, həkimlərin səyi nəticəsində həyata yenidən göz açıb. O, yaşı çox olduğundan, koronavirusdan sağalacağına ümidsiz olsa da, özünü şanslılardan hesab edir.

Reportaj AzTV-nin “Xəbərlər” proqramında yayımlanıb.

Oxuməni.az