Çində ötən sutkada koronavirusa 1 yoluxma halı qeydə alınıb

Çində ötən sutkada koronavirusa 1 yoluxma halı qeydə alınıb

8 May 2020 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Çində ötən sutka ərzində yeni növ koronavirusa 1 yoluxma halı qeydə alınıb.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən xəbər verilib.

Məlumata əsasən, yoluxma halı şimal-şərq Zilin əyalətində aşkarlanıb. Bölgə rəhbərliyi yoluxan şəxsin 45 yaşlı qadın olduğunu təsdiqləyib.

Bildirilir ki, ölkədə hazırkı dövrədək xaricdən gələn vətəndaşlar arasında 1 680 yoluxma halı aşkarlanıb.

Qeyd edilir ki, son günlər ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 886 nəfərə, ölənlərin sayı isə 4 633 nəfər təşkil edir.

Oxuməni.az