Tibb işçilərinin sertifikasiya imtahanları ləğv olundu

Tibb işçilərinin sertifikasiya imtahanları ləğv olundu

29 Aprel 2020 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Tibb işçilərinin may ayında nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub.

Bu barədə Oxuməni.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin dünyada yayılmış koronovirusla (COVİD-19) mübarizə çərçivəsində qəbul etdiyi qərara əsasən, ölkə ərazisində virusun yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılıb. Bunu nəzərə alaraq, may ayı üçün tərtib olunmuş imtahan cədvəlinin yenidən işlənilib hazırlanması məqsədilə, həmin ayda keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub.
Yeni imtahan cədvəli hazırlandıqdan sonra imtahana namizəd şəxslərə imtahan tarixləri barədə məlumat veriləcək.
Qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə aprelin 27-dən xüsusi karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Bunu nəzərə alaraq, sertifikasiya imtahanına hazırlıq təlimləri və sınaq imtahanlarının fərdi qaydada keçirilməsinə yenidən start verilib. Eyni qayda ilə sertifikasiya imtahanlarında iştirak da könüllü olaraq keçiriləcək.

Oxuməni.az