“Azərbaycan mənim anamın vətənidir” – Bianca Banur Gidner Amerikadan yazır…

“Azərbaycan mənim anamın vətənidir” – Bianca Banur Gidner Amerikadan yazır…

7 Avqust 09:13
22 190
Bəyəndim (48) Bəyənmədim (2)

Oxuməni.az Amerikada yaşayan, qəlbi Azərbaycan sevgisi ilə döyünən məktəbli Bianca Banur Gidnerin məktubunu təqdim edir:

Salam. Mən Bianca Banur Gidner. Ermənistanla Azərbaycan arasındakı müharibədən danışmaq istədim. Fikrimcə, bu müharibənin baş verməməsi və Ermənistanın bunu çox uzadacağini hiss edirəm. Ermənilər uşaqlarını bayraqları yandırmağa və qarşı tərəf haqqında pis danışmağa məcbur edirlər. Mən pis danışmayacağam, amma hər kəsin Ermənistanın nə etdiyini bilməsini istəyirəm. Ermənilər azərbaycanlılara daş, müxtəlif əşyalar atır və sərt sözlər söyləyirlər. Üstəlik, bayraq yandırdıqları videoları çəkərkən, Türkiyə kimi qardaş ölkənin bayraqlarıni da əlavə edirlər. Azərbaycan mənim anamın vətənidir, ömrüm boyu Azərbaycana hörmətlə yanaşacağam və Ermənilərin bu hərəkətləri ilə barişa bilmərəm. Əgər Ermənilər bayraqları tapdalayıb, yandırmaği qəhrəmanlıq bilirlərsə, bu onların uşaq olduqlarını göstərir. Bir çox xəbər saytlarında deyilir: “Avropa və dünyanın qalan hissəsi koronavirusun öhdəsindən gəlməyə və pandemiyadan çökən iqtisadiyyatlarını və digər problemlərini həll etmə yolları axtararkən, Ermənistanla Azərbaycan arasındakı sərhəddə 12 iyulda döyüşlər başladı. Korona hər yerdə dolaşdı və nə qədər ölkə əziyyət çəkdi. Müharibə davam edərsə, çox sayda insan xəstələnəcək və hər iki ölkə daha çox mikrob və bakteriya yayacaq və tələfat olacaq. Xəbərdə, həmçinin “AB hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginlik yaradan hərəkət və ritorikadan çəkinməyə və daha da artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırdı”. Deyildi. AB hər iki ölkəyə dayanmağı söylədiyi üçün Ermənistan bayraqları yandırmamalı və ya internetdə sərt sözlər söyləməməlidir. Bu müharibənin böyük hissəsi iyulun ortalarında partladı, 30 mindən çox yoluxma hadisəsi və 500-dən çox adam öldü. Bildirilir ki, ermənilərin Azərbaycan ərazisinə girməsinə icazə verilmir. Niyə atəşkəsi pozub, güllə atırlar?

1989-cu ildə də belə olmuşdu. Ermənistanla Azərbaycan arasındakı müharibə yaxşı başa çatmadı. Korona ilə birlikdə bunu təkrar etmək 100% də yaxşı bitməyəcək. Ermənistan 5 əsgərinin öldüyünü, Azərbaycan isə 11 əsgərinin öldüyünü təsdiqlədi. Ölənlərin sayında böyük bir fərq var. Bundan əlavə, Ermənistan Azərbaycanın itkisinə olan sevinclərini belə gizlətmədən qeyd etdi. Əgər Ermənistan şadlanmasnı qeyd edib, internetdə hörmətsiz xəbərlər yazırsa, Azərbaycan da bunu asanlıqla edə bilər ki, bu da hər şeyi daha da pisləşdirər.

Bir xəbərdə oxudum ki: “19 iyulda Fransanın təxminən 500 ermənisi Parisdə toplaşaraq Azərbaycan səfirliyi qarşısında etiraz etdi”. Ermənistan digər erməniləri başqa ölkələrdə etiraz etmək üçün toplayır və bu da digər ölkələrdə daha çox insanı özünə tərəfdar edib müharibəyə qoşulmasına səbəb olur. Sonda, qətiyyətlə deyirəm ki, Ermənistan internetdə sərt çıxışları və materialların yerləşdirilməsini, hətta 4-9 yaşlı uşaqların da cəlb edərək, bayraqları yandırmasını dayandırmalıdır. Məncə, Ermənistan Türkiyə və Azərbaycan bayraqlarını yandırsa, bu onların uşaq olduqlarını sübut edir və onlar güclü görünmürlər. Hamımız insanıq, gəlin bir-birimizə vəhşi münasibət göstərməyək. Uşaq olaraq, 13 yaşımda pis bir şey demirəm, fikrimi bildirirəm. Uşaqların düşüncələrini, nifrət hisslərini ifadə etməsi səhvdir, ancaq uşaqların bir bayraq qaldırıb gülümsəməsi hər zaman gözəldir. Güclü olduğunuzu, böyüdüyünüzü, xeyirxah olduğunuzu göstərmək istəyirsinizsə, heç vaxt bayraqları yandırmamalısınız. Ermənistan müxtəlif ölkələrdə etiraz aksiyaları keçirəcək. Mən özüm də amerikalıyam və fikrimcə gördüklərimi söyləmək hüququm var. Bir çox erməninin müxtəlif ölkələrdə etiraz etdiklərini, fikir ayrılığı olduqda, insaları öldürdüklərini və hücum etdiklərini gördüm. Əgər Ermənistan daha böyük ərazilərə sahib olmaq istəyirsə, bu etdikləri ilə digər ölkələrin də nifrətini qazanacaq. Ölkələrə basqın etmək və bayraqları yandırmaq düzgün deyil. Mən Azərbaycan tarixini bilirəm və1989- 1994-cü ildə baş verən müharibə ilə hal-hazirda yaşanan müharibə haqqında bilgilərim var və fikrimcə, baş verənlərin hamısı səhvdir. Azərbaycan torpaqlarının 20% -i ermənilərlə doludur və yenə də atəşkəsi pozur, güllə atır və insanlara zərər verirlər. Digər ölkələrdə, eləcə də, Amerikada yaşayan ermənilər də, yaşadıqları ölkəyə hörmət etməli və ölkəyə, insanlara zərər verməməlidirlər. Oxuduğunuz üçün təşəkkür edirəm.

Banu-Bianka Gidner.

Cincinnati Ohio Hopewell Junior School

(Azərbaycan dilinə tərcümə və redaktə edən:

Fatimə Əlihüseyn)

Oxuməni.az