“Xronologiya - 20 Yanvara aparan yol” adlı elektron resurs hazırlanıb

“Xronologiya - 20 Yanvara aparan yol” adlı elektron resurs hazırlanıb

18 Yanvar 18:55
111 293
Bəyəndim (1) Bəyənmədim (0)

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının informasiya dəstəyi ilə “Xronologiya - 20 Yanvara aparan yol” adlı elektron resurs hazırlayıb.

Komitədən Oxumeni.az-a bildiriblər ki, ingilis dilində hazırlanmış resursa 20 Yanvara aparan yolun xronologiyası (1987-1990-cı illər) daxildir. Resurs texniki olaraq internet məkanında rahat əlçatanlıq, vizual baxımdan daha təkmil formada, mobil uyğunluq nəzərə alınmaqla tərtib edilib. www.diaspor.gov.az/20january ünvanında yerləşən resurs 20 Yanvar faciəsinin anım günündə Diasporla İş üzrə Dövlət Komitəsinin elektron poçt bazasında olan 10 mindən çox e-poçta göndəriləcək.

Məlumatda qeyd edilir ki, e-poçt bazasında beynəlxalq media qurumları, jurnalistlər, bloqerlər, dünya siyasətçiləri, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları, xarici ölkələrdəki səfirlik, konsulluq və digər diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların e-poçtları toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az