Türkiyənin “aHBR” kanalı erməni vəhşiliklərini əks etdirən veriliş yayımlayıb

Türkiyənin “aHBR” kanalı erməni vəhşiliklərini əks etdirən veriliş yayımlayıb

31 Oktyabr 18:44
23
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin çoxmilyonlu tamaşaçı auditoriyası olan “aHBR” televiziya kanalı XX əsrin əvvəllərində Anadolunun şərqində erməni silahlı birləşmələrinin törətdikləri vəhşilikləri əks etdirən geniş veriliş yayımlayıb. Ötən əsrin əvvəllərində erməni silahlı birləşmələri təkcə Anadoludakı türk-müsəlman əhaliyə qarşı deyil, onlara tabe olmayan və Osmanlıya qarşı silahlı qiyamlara qoşulmayan sıravi erməniləri də hədəfə alıblar.

Oxumeni.az verir ki, erməni silahlı birləşmələrinin törətdikləri ağır cinayətlərdən bəhs olunan verilişdə arxiv sənədlərindən, tarixi mənbələrdən və şahid ifadələrindən geniş istifadə edilib.

Tamaşaçılara məlumat verilib ki, erməni silahlı birləşmələri dinc ermənilərə qarşı vəhşilik törətməkdə iki məqsəd güdüblər. Birincisi, öz cinayətlərinə qoşulmayan ermənilərdən intiqam almaq, ikincisi isə bu cinayətləri Osmanlı tərəfinin üstünə atmaq.

Verilişdə, həmçinin erməni millətçilərinin təxribat üsullarından, işgəncə metodlarından, bölgədə milli və dini ədavəti qızışdırmaq üçün istifadə etdikləri hiyləgərliklərdən bəhs olunur.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)