Mikayıl Müşfiqin abidəsi aşırdıldı, yenisi quruldu - Video

Mikayıl Müşfiqin abidəsi aşırdıldı, yenisi quruldu - Video

2 Oktyabr 2019 17:17
Bəyəndim (0) Bəyənmədim (0)

Mikayıl Müşfiqin Müşfiqabad qəsəbəsindəki abidəsinin aşırılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Oxumeni.az xəbər verir ki, abidənin ekskavatorla aşırdılması birmənalı qarşılanmayıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov bildirib ki, M.Müşfiqin Müşfiqabad qəsəbəsindəki abidəsi və ətrafı yararsız vəziyyətdə idi:

“Ərazidə abadlıq işləri aparılıb və abidə yenidən hazırlanıb. O, Mikayıl Müşfiqin şəxsiyyətinə, şairliyinə yaraşmayan abidə idi".

Oxumeni.az